...

Beynəlxalq Əlillər Gününə həsr olunmuş "Biz bir ailəyik" konserti(FOTO)

Mədəniyyət Materials 2 Dekabr 2016 14:25 (UTC +04:00)
Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib.
Beynəlxalq Əlillər Gününə həsr olunmuş "Biz bir ailəyik" konserti(FOTO)

Bakı. Trend:

Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib. Konsertə kimsəsiz və əlil uşaqlar təmənnasız dəvət olunub. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

Konsertdə fiziki qüsurlu istedadlı ifaçılar Talıbov Mehman, Həsənov Polad, Məmmədova Vüsalə, Mikayılova Kifayət, Ağamirova Rəvanə, Hacıyeva Xatirə, Əliyev Seymur, Münəvvər Əhmədova, alətlərdə solo Abışov Məhəmməd, Əhmədov Nurlan, Hacıyeva Nazə, Yusifov Ruslan, Manafov Rövşən, İsrafilova Fatimə, Şirinova Minayə, rəqslər solo Abdullayeva Şəlalə, Babayev Vüsal, Məmmədli Cəmilə, Cabbarlı Ənvər, Əliyeva Şücayət, Məmmədov İbrahim və “Hağışta” folklor qrupu iştirak ediblər. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların Beynəlxalq Günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. Beynəlxalq Əlillər Gününün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti