...

"Muğam axşamları" layihəsinin növbəti təqdimatında "Bayatı-Şiraz" səslənib (FOTO)

Mədəniyyət Materials 29 İyun 2017 14:18 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” muğamı səslənib.
"Muğam axşamları" layihəsinin növbəti təqdimatında "Bayatı-Şiraz" səslənib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” muğamı səslənib.

Trend-in məlumatına görə, Beynəlxlaq Muğam Mərkəzi muğamsevərləri növbəti dəfə bir araya toplayıb.

İyunun 28-də Beynəlxlaq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olunub. Bu layihəyə mayın 6-dan “Rast” muğamının ifası ilə start verilib.

“Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı (tarda - Kamal Nuriyev, kamançada - Elnur Salahov, bas tarda - Kamran Novruzov, kanonda Aysu Sadıqova, nağarada - Amil Mustafayev, balabanda - Mirağa Murtuzov) müşayiət edib.

Xanəndələrin ifa etdiyi “Baytı-Şiraz” muğamı tamaşaçılar tərəfindən böyük maraq və alqişlarla qarşılanıb. “Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəstgahlarından biridir. “Bayatı-Şiraz” muğamı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb.

Qeyd edək ki, 30 iyunda “Muğam axşamları” layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti