...

“Muğam axşamlar”ı layihəsi davam edir

Mədəniyyət Materials 26 Dekabr 2017 20:30 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı adlı möhtəşəm layihə davam edir.
“Muğam axşamlar”ı layihəsi davam edir

Bakı. Trend:

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək.

Trend-in məlumatına görə, əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək. Xanəndələri tarda Altay Niftəliyev, Rəşad İbrahimov, kamançada Təbriz Yusufov və Araz Ağaverdiyev müşayiət edəcəklər.

Qeyd edək ki, 11 oktyabr tarixində başlamış layihənin ikinci mərhələsində “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları səslənmişdi.

Layihənin informasiya dəstəyi Azərtac, Mədəniyyət kanalı, Azərbaycan radiosu, “Baku” jurnalı.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti