...

Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Mart 2018 19:48 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş gözəl konsert keçirilib.
Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş gözəl konsert keçirilib.

Trend-in məlumatına görə, martın 15- də Beynəlxalq Muğam Mərkəzində V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Ənənəyə sadiq qalaraq bu il də Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri,müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələri Fidan Babayeva, Təranə Qədimova, Natəvan Osmanova,Əli Salaylı, Dərya Hüseynova, Fatimə Quliyeva, Fərəh Əzizova, Nazim Əzimov, Natəvan Cəbizadə, Nurlan Cəfərli, Sevinc Məmmədova, Aysel Sadıqova, Leyla Süleymanlı, Məhəmməd Hacızadə, Amina Safiquliyeva, Dəniz Abbasova, Oğuz Qədimli, Zərifə Gərayeva, Tomriz Mütəllibzadə, Leyla Kərimli, Ləman Əhmədxanova və Sənan Eyvazovun ifasında səslənib.

Konsert musiqisevərlər tərəfindən maraqla dinlənilib.

V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım özü də musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü”nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78",”Monte-Karlo”) laureatı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti