...

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2018 20:16 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib.
Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi “Mədəniyyət” kanalıdır.

Konsertin aparıcısı tanınmış jurnalist Rahib Azəri Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğulayıb. Qeyd edib ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.

Nizami Əliyev Xalq artisti, “Şöhrət” ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir.

Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı, "Küçələrə su səpmişəm", "Xəzərin sahilində", "Vaqif xaritəsi", "Bağ mövsümü", "Qubanın ağ alması", "Sarı gəlin", "Alağöz", "Bakı gecələri" kimi xalq və bəstəkar mahılarını da ifa edib.

Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olunub.

Nizami Əliyev sonda Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə konsertin təşkilinə görə öz təşəkürünü bildirib.

İfaçı həmçinin “Mədəniyyət” kanalının rəhbərliyinə də informasiya dəstəyinə görə minnətdarlıq bildirib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində irimiqyaslı layihələr davam edir. Bu qəbildən olan yeni layihə “Dastan gecəsi” adlanır.

Aprelin 18-də reallaşacaq həmin layihə Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitu ilə birlikdə həyata keçirilir.

“Alı xan və Pəri xanım” dastanı əsasında hazırlanmış musiqili kompozisiya aşıq musiqisi sevənlər üçün maraqlı olacaq.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti