...

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Belçika triosunun konserti olub

Mədəniyyət Materials 25 Oktyabr 2018 09:12 (UTC +04:00)
Oktyabrın 24-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "RotundaJazzClub"da Belçikanın Martin Salemi triosunun konserti olub.
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Belçika triosunun konserti olub

Bakı. Trend:

Oktyabrın 24-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "RotundaJazzClub"da Belçikanın Martin Salemi triosunun konserti olub.

Trend-in məlumatına görə, pianoçu M.Salemi 1988-ci ildə Brüsseldə musiqiçi ailəsində anadan olub. Uşaqlıq illərində piano ifasına maraq göstərib. O, həmçinin müxtəlif janrlarda mahnıların müəllifidir. M.Saleminin 2017-ci ildə yaratdığı trionun tərkibinə Fil Kaporali (kontrabas) və Toyne Snokart (zərb alətləri) daxildirlər.

Trio müxtəlif festivallar və müsabiqələrdə iştirak edir, qısa zaman ərzində Avropada tamaşaçı rəğbətini qazanıb.

Bakı tamaşaçıları belçikalı qonaqların çıxışını maraqla qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti