...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq

Mədəniyyət Materials 19 Yanvar 2019 01:44 (UTC +04:00)
Komediya janrında filmlərin nümayişi dayandırılacaq.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq

Bakı. Trend:

Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Repertuara "Salnamə" sənədli filmlər studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən “Azadlığa gedən yollar ” filmi daxil ediləcək.

Seanslar yanvarın 19-da saat 14:00-da, yanvarın 20-də saat 15:30-da olacaq.

Seanslara giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti