...

"UK & AZ Graffiti Show" adlı layihə təşkil olunacaq

Mədəniyyət Materials 23 May 2019 21:28 (UTC +04:00)
"Arts Council Azerbaycan" təşkilatının birgə təşəbbüsü ilə “UK & AZ Graffiti Show” adlı layihə təşkil olunacaq.
"UK & AZ Graffiti Show" adlı layihə təşkil olunacaq

Bakı. Trend:

Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandaki səfirliyinin və "Arts Council Azerbaycan" təşkilatının birgə təşəbbüsü ilə “UK & AZ Graffiti Show” adlı layihə təşkil olunacaq.

Trend-in məlumatına görə, layihə Azərbaycan və Böyük Britaniya mədəni ələqələrinin möhkəmləndirilməsinə və inkişafına yönəldilib.

“Drax” ləqəbi olan ingiltərəli rəssam və Urban Art Azerbaijan birliyinin üzvü “Wish” ləqəbi olan Azərbaycan rəssamı ilə birgə divar üzərində rəsm əsəri yaradacaqlar

Rəssamların iş prosesini canlı görmək üçün 29-30 may tarixlərində saat 12:00-16:00-dək Art Residence (Həsən Səyidbəyli 51) yaxınlaşaraq izləyə bilərsiz

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az

Giriş sərbəstdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti