...

Polşanın Krzemionki qədim mədən regionu Dünya İrs Siyahısına daxil edilib

Mədəniyyət Materials 6 İyul 2019 18:54 (UTC +04:00)
İyulun 6-da Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclasında baxılan axırıncı məsələ Polşanın "Krzemionki qədim tarix mədən regionu" nominasiyası olub
Polşanın Krzemionki qədim mədən regionu Dünya İrs Siyahısına daxil edilib

Bakı. Trend:

İyulun 6-da Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclasında baxılan axırıncı məsələ Polşanın "Krzemionki qədim tarix mədən regionu" nominasiyası olub.

Trend-in məlumatına görə, əvvəlcə nominasiya ilə bağlı ICOMOS-un verdiyi tövsiyələr dinlənilib. Bildirilib ki, 78 hektar ərazinin əhatə edən mədən sistemi tarixi baxımdan da əhəmiyyətlidir. Bununla belə, İCOMOS ərazinin bütövlüyünə şübhə yarandığını bildirdi. Vurğulandı ki, bufer zolağı və idarəçilik sistemi düzgün qurulmayıb, əlavə qorunma səviyyəsi təyin edilməyib. Təqdimat adekvat olmalıdır.

Müzakirələr zamanı Ümumdünya İrs Komitəsinin üzv-ölkələrindən Bəhreyn, Azərbaycan, Çin və Tanzaniya sahənin müstəsna dəyərini qiymətləndirərək nominasiyanın yubadılmasına lüzum olmadığını bildirdi. Norveç isə faylın yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.

Digər üzv-ölkələrin əlavə və tövsiyələri dinlənildi. Polşa nümayəndəliyi qeyd olunan konservasiya və sahənin qorunmasına dair fikirlərlə bağlı öz mövqeyini bildirib. Norveç nominasiyanın iki il sonra, 2021-ci ildə 45-ci sessiyada müzakirəyə çıxarılmasını təklif etdi. Lakin gərgin müzakirələrdən sonra fayl qəbul edilib.

Polşa nümayəndəsi ölkəsinin Mədəniyyət Nazirliyi adından Ümumdünya İrs Komitəsinə sədrlik edən Azərbaycana və üzv ölkələrə təşəkkür edib. Bu faylın qəbulunun ən böyük arzuları olduğunu deyən polşalı nümayəndələr sessiya iştirakçılarına ən xoş diləklərini çatdırıblar.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini davam etdirəcək. Dünya İrs Siyahısına təqdim edilən daha 10 nominasiyaya baxılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti