...

"Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 24 Dekabr 2019 20:14 (UTC +04:00)
Mədəniyyət Kanalının yeni layihəsi olan, Azərbaycanda ilk dəfə keçirilən "Azərbaycan vokalçıları" festivalı çərçivəsində "Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimat mərasimi olub.
"Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Mədəniyyət Kanalının yeni layihəsi olan, Azərbaycanda ilk dəfə keçirilən "Azərbaycan vokalçıları" festivalı çərçivəsində "Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimat mərasimi olub.

Trend-in məlumatına görə, Soprano və Mezzo-soprano səslər üçün nəzərdə tutulmuş bu kitabın təqdimatında Antoligiyanın ideya müəllifi, tərtibatçısı əməkdar artist İnarə Babayeva və elmi redaktor Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova çıxış edib. Onlar kitabın elmi əhəmiyyətini vurğulayaraq, tədris metodikasında da antologiyanın çox lazımlı addım olduğunu qeyd etdilər. Təqdimatdan sonra isə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nümunələri vokalçılarımızın ifasında tamaşaçılara təqdim olundu.

Dahi bəstəkar Jorj Bizenin "Karmen" operasından uvertüra ilə açılan və müasir Azərbaycan bəstəkarı Pikə Axundovanın "Məhsəti" operasından ariya ilə tamamlanan konsert tamaşaçıları yüksək əhval-ruhiyyəli bir gecəyə kökləyərək elə sona qədər bu ab-havanı qorumağı bacardı. Sonda tamaşaçıların gurultulu alqışları hər kəsin bu gecədən yüksək təəssüratlarla ayrıldığını bir daha sübut etdi.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti