...

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə yer alıb

Mədəniyyət Materials 30 Aprel 2020 16:07 (UTC +04:00)
Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə yer alıb

Bakı. Trend:

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib. Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti