...

“Beşbarmaq dağı” ölkə əhəmiyyətli abidələr siyahısına daxil edildi

Mədəniyyət Materials 1 Sentyabr 2020 16:02 (UTC +04:00)
“Beşbarmaq dağı” ölkə əhəmiyyətli abidələr siyahısına daxil edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsinə "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti