...

VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş edib (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2021 12:09 (UTC +04:00)
VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş edib (FOTO)

Bakı. Trend:

Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, VTB (Azərbaycan) və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə 24-26 dekabr tarixlərində uşaqlar üçün xeyriyyəçilik fəaliyyəti çərçivəsində «Nənənin nağılları» Yeni il tamaşaları təşkil olunub.

Rus nağılları əsasında təşkil olunan tamaşalar uşaqların böyük marağına səbəb olub.

Nağıllardan tanıdıqları qəhrəmanları teatr səhnəsində görmək uşaqları çox sevindirib.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş tutmuş beş tamaşanın hər birinin sonunda gənc tamaşaçılara içi şirniyyatla dolu hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti