...

AzTV Mənsum İbrahimovla bağlı filmdə niyə dəyişiklik edib?

Mədəniyyət Materials 19 Fevral 2022 17:42 (UTC +04:00)
AzTV Mənsum İbrahimovla bağlı filmdə niyə dəyişiklik edib?

Bakı. Trend:

“Mənsum İbrahimovla bağlı filmin çəkilişi elə dövrə düşdü ki, bütün planlarımız dəyişdi”.

Bu barədə Azərbaycan Televiziyasının Kinoproqramlar və dublyaj redaksiyasının rəhbəri, filmin rejissoru Elnur Məmmədov “Qürurun təntənəsi” sənədli filmi ilə bağlı danışarkən deyib.

E.Məmmədov filmin Xalq artisti Mənsum İbrahimovun 60 illiyi münasibətilə çəkildiyini deyib.

Bildirib ki, filmin çəkilişlərinə 2020-ci ilin yay aylarında başlayıblar, lakin Vətən müharibəsinin başlaması planları dəyişib və tamamilə fərqli məcraya yönəldib.

“Biz filmlə bağlı plan quranda ağlımıza gəlmirdi ki, müharibə başlayar, torpaqlarımız işğaldan azad olunar və biz çəkilişlərimizi Qarabağda apararıq. Şuşaya bayrağımız sancılandan sonra düşündük ki, niyə biz filmimizin bir hissəsini o torpaqlarda çəkməyək?”, - deyə E.Məmmədov qeyd edib.

Beləliklə, filmin bir hissəsi Şuşada və Ağdamda çəkilib. Mənsum İbrahimov Şuşanın tarixi məkanlarında, Ağdamın yerlə-yeksan edilmiş abidələrinin qalıqları arasında canlı ifalar da edib.

Lakin film bununla yekunlaşmır. Azərbaycanın ən qədim şəhər və qəsəbələrində yaşayan insanların Xalq artisti ilə bağlı fikirləri də sənədli filmdə yer alıb.

Bölgələrdə yaşayan misgər, saatsaz, balıqçı və digər sadə insanların Mənsum İbrahimovu necə tanıdıqları “Qürurun təntənəsi” filmində nümayiş olunacaq.

Ssenari müəllifi Mintac Elsevərin olduğu sənədli film fevralın 19-u saat 15:00-da AzTV-də nümayiş olunacaq.

https://www.youtube.com/watch?v=8VCcLSB_adM

Məqalədə:
Xəbər lenti

Xəbər lenti