...

"ZƏFƏR-44" uşaq rəsm yaradıcılıq turniri başlayır

Mədəniyyət Materials 2 Sentyabr 2022 13:42 (UTC +04:00)
"ZƏFƏR-44" uşaq rəsm yaradıcılıq turniri başlayır

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turniri elan olunur.

10-21 yaş arası uşaq, yeniyetmə və gənclər 2022-ci il sentyabr ayının 30-dək anketini tamamlayıb Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share)

yerləşdirməklə “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin iştirakçısı ola bilər

  • Müraciət etmiş uşaqların tədbirdə iştirak günü qeyd olunmaqla siyahısı qrupda yayımlanacaq.
  • Tədbir hər gün ən çoxu 15 uşaq olmaqla mərhələli surətdə davam edəcək.
  • İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşaəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.
  • Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək.
  • Hər uşaq yalnız bir dəfə qoşula bilər.
  • Müsabiqədə həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Sərgilənəcək əsərlər geri qaytarılmır.
  • İştirakçı ən az 72 saat öncə iştirakçı cədvəlindəki gününü dəyişmə haqqına sahibdir.
  • Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçim aparılacaq .
  • İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək.
  • Əsəri sərgilənəcək uşaqların siyahısı və Turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək .
  • Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq .
  • Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 051-310-74-01 whatsapp nömrəsinə müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti