Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra
Vike-Frayberqanın rəhbərlik etdiyi deleqasiya "InterAction
Council"in illik plenar iclasında iştirak edir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində xanım
Vayra Vike-Frayberqanın Maltanın prezidenti Corc Vella ilə
ikitərəfli görüşü baş tutdu.
Görüşdə Mərkəzin beynəlxalq fəaliyyəti və Ali-Səviyyəli Toplantıları, bu ilin mart ayında baş tutmuş 10-cu Qlobal Bakı Forumu, eləcə də Nizami Gəncəvinin fəlsəfəsi və yaradıcılığı haqqında mövzular müzakirə olundu.
Görüş çərçivəsində Mərkəzin Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş xüsusi nəşri olan “Qələmin Sehri”- Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsi, eləcə də xanım Vayra Vike-Frayberqanın Nizaminin “Yeddi Gözəl” əsərinə həsr etdiyi kitabı Maltanın Prezidentinə təqdim olunub.