Bakı. Trend:
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi davam edir.
Trend xəbər verir ki, bu barədə Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunmuş layihənin ikinci günü Gəncə şəhər 1, 3, 4 nömrəli UMM, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konsert proqramı keçirilib.
Konsertdə Xəyal Əliyev, Fatimə Quliyeva, Zəhra Musayeva, Zaur Dadaşov, Fidanlar Muğam Qrupunun ifasında "Mahur" təsnifi, "Qızılgül", "Bayatı-kürd", "Şur" təsnifi, "Şuşanın dağları" mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az