...

Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2025 14:36 (UTC +04:00)
Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Opera 2001” təşkilatı İspaniya və Fransanın müxtəlif şəhərlərində Cüzeppe Verdinin “İl Trovatore” (“Trubadur”) operasını səhnələşdirir.

Trend xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 2-dək nümayiş olunacaq operada soydaşımız Çinarə Şirin mezzo-soprano səsli qaraçı Azuçena rolunda çıxış edir. Soydaşımızın çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd edilib ki, İtaliyada yaşayan opera sənətçisi Çinarə Şirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələrin iştirakçısıdır. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Almaniyada yaşayan pianoçu Səbinə Məmmədovanın təşkilatçılığı ötən il martın 3-də Milanda baş tutan “Musiqi sərhəd tanımır” adlı konsert proqramı da belə layihələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti