...

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş Orqan Musiqisi Axşamı keçirilib (FOTO)

Mədəniyyət Materials 28 Fevral 2025 20:11 (UTC +04:00)
Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş Orqan Musiqisi Axşamı keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş Orqan Musiqisi Axşamı keçirilib.

Trend xəbər verir ki, tədbirdə ilk olaraq Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə Xocalı faciəsi haqqında ətraflı çıxış edərək dinləyiciləri məlumatlandırıb.

Anım gecəsində bədii rəhbər Tahirə Yaqubova, dirijor Üzeyir Məmmədov, BMA-nın orkestrinin kiçik heyətinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor), Nigar Məmmədova (orqan), Əliheydər Aydın (orqan) dinləyicilər qarşısında çıxış edib.

Proqramda T.Albinoni, J.S.Bach, G.B.Pergolesi, J.Haydn, F.Liszt və Q.Qarayevin əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti