...

Əfsanəvi "Karvan" qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2026 00:40 (UTC +04:00)
Əfsanəvi "Karvan" qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Tremd:

Əfsanəvi "Karvan" qrupunun təsisçisi, rejissoru və prodüseri Sevinc Kərimova 70 yaşında vəfat edib.

Trend-in məlumatına görə, o, "Tərəqqi" medalı və Diasporla İş üzrə Dövlət Komitəsi medalı ilə də təltif edilmişdi.

Vida mərasimi 8 fevral saat 11:00-da Şuvəlan qəsəbəsi, Hacı Məmmədov, 8 ünvanında keçiriləcək.

Sevinc Kərimova ulduzlarımız üçün video kliplər, musiqi proqramları və Sovet İttifaqı boyunca yayımlanan və təxminən 200 milyon izləyiciyə çatan filmlər hazırlamışdır. O, əfsanəvi "Karvan" qrupunun rejissoru və prodüseri, eləcə də 1980-ci illərdə məşhur olan "Bakı Payızı" filminin yaradıcısı və rejissoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti