Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Seçicilərlə görüşlərini davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Bərdədə Yeni qəsəbədə seçiciləri ilə möhtəşəm görüş keçirib.
Çıxış edən seçicilər bildiriblər ki, B.Əliyevin namizədliyini yekdilliklə dəstəkləyirlər.
Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayl və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış seçiciləri ilə görüşüb.
Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.