Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
"Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində böyük səs çoxluğu qazana bilər". Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına qazaxıstanlı politoloq, "Avrasiya Dünyası" İctimai Fondunun rəhbəri Eduard Poletayev deyib.
E.Poletayev bildirib ki, seçkilərdə ən vacib siyasi prosedur cəmiyyəti birləşdirmək və hakimiyyətə etimad göstərməkdir: "Kənardan hiss olunur ki, Azərbaycanda bu prosedur kifayət qədər ciddidir. Bu, Yaxın Şərqdə gərginliyin artdığı və dünya bazarında neftin qiymətinin düşdüyü bir vaxtda çox vacibdir. Azərbaycandakı seçkilər əhəmiyyətli rəqabət mühiti ilə seçilir. Bu gun faktiki 1 mandat uğrunda 6 namizəd mübarizə aparır".
Fondun rəhbəri parlament seçkilərinin nəticələrinin Azərbaycan-Qazaxıstan əlaqələrinə hər hansı təsir edəcəyini inandırıcı saymadığını bildirib: "Bu əlaqələr artıq uzun müddətdir ki, konstruktivliyi ilə fərqlənir. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın ən vacib tərərfdaşıdır. Qazaxıstanda kifayət qədər azərbaycanlı yaşayır, iqtisadi-ticari əlaqələr yüksək səviyyədədir. Xəzər hövzəsilə bağlı dialoq davam edir. Bununla belə, siyasi güclər Azərbaycanla Qazaxıstan münasibətlərinə təsir etmir".