...

Din xadimləri Rafael Cəbrayılova dəstək oldular (FOTO)

Seçki 2015 Materials 28 Oktyabr 2015 13:38 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan şəhərinin din xadimləri ilə görüşüb.
Din xadimləri Rafael Cəbrayılova dəstək oldular (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan şəhərinin din xadimləri ilə görüşüb.

R.Cəbrayılovun seçki qərərgahından Trend-ə verilən məlumata görə, Şirvan şəhərinin ziyalı din xadimlərinin iştirak etdiyi görüşdə hər kəs R.Cəbrayılovun Allaha və İslam dininə olan bağlılığını yüksək qiymətləndirib.

Qeyd edilib ki, R.Cəbrayılov hər zaman əhalinin kimsəsiz təbəqəsinə diqqət və qayğı göstərməklə, bütün şirvanlılar kimi din xadimlərinin də xüsusi rəğbətini qazanıb.

Şirvan şəhərinin din xadimləri R.Cəbrayılova uğurlar arzulayaraq, bütün din xadimlərinin ona səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti