...

Avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib

Gündəm Materials 22 Yanvar 2018 17:44 (UTC +04:00)

Bakı. Trend:

Ötən il avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışında deyib.

O qeyd edib ki, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib: "Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti