...

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Gündəm Materials 23 Fevral 2018 18:41 (UTC +04:00)
Ağdam Pambıq emalı müəssisəsində 48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb.
48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Bakı. Samir Əli - Trend:

Ağdam Pambıq emalı müəssisəsində 48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb.

Trend-in məlumatına görə, hadisə bu gün saat 17.30 radələrində baş verib.

Ağdam rayon Xındırıstan kənd sakini 1970-cı il təvəllüdlü Həsənova Svetlana Qara qızı işlədiyi Ağdam Pambıq emalı müəssisəsində əl barmaqlarının emal avadanlığının arasında qalması nəticəsində kəsilmiş deşilmiş yara diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Həkimlərin vaxtında müdaxiləsinə baxmayaraq zərəçəkənin 4 əl barmağı amputasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti