Bakı. İlhamə İsabalayeva - Trend:
"Bakı şəhər kartı yalnız Bakı şəhəri üçün nəzərdə tutulub. Lakin Şəki, Qəbələdə də belə bir kart yaradılacaq".
Trend-in məlumatına görə, bunu "PASHA Travel" şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmit bildirib.
Onun sözlərinə görə, ilkin olaraq 1, 3 günlük və bir həftəlik kartların hər birindən bir neçə min hazırlanacaq:
"Kartın satış tarixi dəqiq müəyyənləşdirilməyib, lakin onun satışının bir neçə ay sonra olacağı gözlənilir. Kart əvvəlcə bir neçə məlumat mərkəzində satılacaq, daha sonra onun satışının Bakı Nəqliyyat Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur".
F.Zenqstşmit bu layihənin "PASHA Travel" şirkəti tərəfindən maliyyələşdiriləcəyini, əldə olunan vəsaitin turizmin inkişafına sərf ediləcəyini açıqlayıb.