...

XƏBƏRDARLIQ: Şimşək çaxacaq, qar yağacaq

Gündəm Materials 27 Mart 2018 12:35 (UTC +04:00)
Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
XƏBƏRDARLIQ: Şimşək çaxacaq, qar yağacaq

Bakı. Trend:

Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

ETSN-dən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti