Bakı. Azad Həsənli - Trend:
2018-ci ilin mayına Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 646 milyon dollar (13,4 faiz) artaraq 5 471,4 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, may ayı ərzində Mərkəzi Bankın ehtiyatları 5,6 milyon dollar, il rəzində isə 136,8 milyon dollar artıb.
Ötən il ərzində ABÇ-nin valyuta ehtiyatları 1,36 milyard və ya 34,2 faiz artmışdı.