Bakı. Samir Əli - Trend:
Polietilen paketlər hər birimizə hiss olunmadan zərər vurur.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, mağazalarda təklif edilən məhsulların, demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır.
Sektor müdiri qeyd edib ki, nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür:
"Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Əhali bunu real təhlükə olduğunu bilməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba da apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.