...

Bu dövlət qurumlarının xidməti minik avtomobillərinin sayı artırılıb

Gündəm Materials 7 Sentyabr 2018 09:04 (UTC +04:00)

Bakı. Trend:

Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilib.

Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi 3-dən 4-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti