...

Tovuzda inək qaçdı, kəndiri 62 yaşlı qadının barmağını qopardı

Gündəm Materials 15 Oktyabr 2018 10:56 (UTC +04:00)
Tovuzda qadının barmağını kəndir kəsib.
Tovuzda inək qaçdı, kəndiri 62 yaşlı qadının barmağını qopardı

Bakı. Samir Əli - Trend:

Tovuzda qadının barmağını kəndir kəsib.

Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Xəlilova Lyudmila Viktor qızı həyətlərində inəyi kəndirlə bağlamaq istəyərkən heyvan qaçıb və qadını sürüyüb.

Hadisə nəticəsində kəndir qadının baş barmağını kəsib.

Qadın təcili olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra qadının barmağı amputasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti