Bakı. İlhamə İsabalayeva - Trend:
Badamdardakı sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Ərazidə nisbi stabillik qalmaqdadır.