...

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi - Ailələri narazıdır (FOTO)

Gündəm Materials 22 Oktyabr 2018 17:09 (UTC +04:00)
Bir neçə gün əvvəl İrana məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib.
“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi - Ailələri narazıdır (FOTO)

Bakı. Ceyhun Ələkbərov, Elnur Bağışov - Trend:

Bir neçə gün əvvəl İrana məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib.

Trend-in məlumatına görə, mərhumların qohumları yerli mətbuata bildiriblər ki, gəmidə dənizçilərin təhlükəsizliyi üçün lazımi standartlar olmayıb, o cümlədən yük vaxtında dezinfeksiya edilməyib.

Onlar hadisənin ciddi şəkildə araşdırılmasını və günahkarların tezliklə cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, oktyabrın 19-da gecə saat 3 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Onlardan üçü, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) hadisə nəticəsində dünyasını dəyişiblər.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti