...

Bakıda 10 metr hündürlüyündə ağac restoranın üstünə aşdı, dam örtüyü dağıldı (FOTO)

Gündəm Materials 29 Noyabr 2018 17:15 (UTC +04:00)
Bakında Məhəmməd Naxçıvani küçəsində külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.
Bakıda 10 metr hündürlüyündə ağac restoranın üstünə aşdı, dam örtüyü dağıldı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.

FOTO: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti