...

Bakıda orta məktəbin qarşısında DAVA - Şagird şagirdi bıçaqladı

Gündəm Materials 18 Dekabr 2018 12:37 (UTC +04:00)
Bakıda yeniyetmələr arasında dava olub.
Bakıda orta məktəbin qarşısında DAVA - Şagird şagirdi bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmələr arasında dava olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib.

Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti