...

Metro stansiyalarında Yeni il şənliyinə start verildi (FOTO)

Gündəm Materials 29 Dekabr 2018 14:02 (UTC +04:00)
Bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib.
Metro stansiyalarında Yeni il şənliyinə start verildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib.

Trend-in məlumatına görə, Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib.

Tədbirə "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro vaqonla gəliblər. Şaxta baba obrazında ötən ildən fərqli olaraq tanınmış gülüş ustası Allahverdi Yolçuyev olub.

Yeni il personajları sərnişin qatarına qoşulmuş "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər balaca sərnişinləri sevindirib.

Qeyd edək ki, Şaxta baba və Qar qız dekabrın 31-dək saat 10:00-dan 12:00-dək stansiyalarda olacaq.

Həmçinin stansiyalarda bayram konsertləri də təşkil ediləcək.

Tədbirlər yanvarın 2-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti