...

Bakıda yeniyetmə qız yoxa çıxıb (FOTO)

Gündəm Materials 14 Yanvar 2019 17:39 (UTC +04:00)
Abşeron rayon sakini itkin düşüb.
Bakıda yeniyetmə qız yoxa çıxıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

15 yaşlı Abşeron rayon sakini itkin düşüb.

Trend-in məlumatına görə, Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

Bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti