Bakı. Trend:
2021-ci ildən etibarən ABŞ-ın Los Anceles şəhərində təbii xəz geyim və aksesuarlarının istehsalı və satışı qadağan olunacaq.
Trend-in məlumatına görə, bu barədə Şəhər Şurasının qərarında deyilir.
Bununla da Los Anceles təbii xəzin satışını qadağan edən ABŞ-ın ən iri şəhəri olacaq.
Qeyd edək ki, statistik məlumatlara əsasən 2014-cü ildə xəz məmulatlarının dünya bazarında satışından 35,8 milyard dollar gəlir əldə olunub. Ancaq son illərdə “Versace”, “Gucci”, “Tommy Hilfiger” şirkətlər təbii xəzdən imtina edərək süni xəzdən geyimlərə üstünlük verir.