...

Lənkəranda 3 ay əvvəl itkin düşən kişinin meyiti transformatordan tapıldı

Gündəm Materials 18 Fevral 2019 10:35 (UTC +04:00)
Lənkəran şəhərində itkin düşmüş şəxsin meyiti tapılıb.
Lənkəranda 3 ay əvvəl itkin düşən kişinin meyiti transformatordan tapıldı

Baskı. Samir Əli - Trend:

Lənkəran şəhərində itkin düşmüş şəxsin meyiti tapılıb.

Trend-in məlumatına görə, Lənkəran rayon Prokurorluğuna şəhərin Şəhidlər Xiyabanı küçəsində, əvvəllər çamaşırxana kimi istifadə olunan sexin ərazisindəki transformatordan meyit tapılması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, M.Hüseynzadə küçəsi ev 10, mənzil 4-də yaşamış, 3 ay əvvəl itkin düşmüş, 1978-ci il təvəllüdlü Musayev Cabir Nəriman oğlu həmin transformatora girib, elektrik enerjisi vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti