...

Deputat: Xəstəxanalarda infeksion nəzarət komitələri yaradılmalıdır

Gündəm Materials 14 Mart 2019 15:46 (UTC +04:00)
Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin yaradılmasına və funksiyalarının yaradılmasına ehtyac var.
Deputat: Xəstəxanalarda infeksion nəzarət komitələri yaradılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

“Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin yaradılmasına və funksiyalarının saxlanılmasına ehtyac var. Çünki bu funksionallıq saxanılmadıqda sadəcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də böyük təhlükəli hala gələ bilər”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

R.Mahmudovun sözlərinə görə, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir:

“Çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir. Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əksikliklər var. Əminliklə deyərəm ki, - bunu Ümumdünya Səhiyyə Təşkilatı da deyir,- vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda onun sağlamlığında gələcəkdə problemlər yaranır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti