...

Bu gündən qonşu ölkədə polietilen paketlər qadağan olunur

Gündəm Materials 1 Aprel 2019 13:50 (UTC +04:00)
Gürcüstan rəhbərliyi aprelin 1-dən başlayaraq polietilen paketlərin istifadəsi, istehsalı, eləcə də idxalını qadağan edib
Bu gündən qonşu ölkədə polietilen paketlər qadağan olunur

Bakı. Trend:

Gürcüstan rəhbərliyi aprelin 1-dən başlayaraq polietilen paketlərin istifadəsi, istehsalı, eləcə də idxalını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qərar verib.

Qeyd olunur ki, qərar qüvvəyə mindikdən polietilen paketlərin istehsalı, satışı və ya idxalı ilə məşğul olan şəxslər 185 dollar məbləğində cərimələnəcək. İkinci dəfə eyni hal qeydə alınarsa, cərimə məbləği 370 dollardan çox olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti