...

Bakının daha bir siması - Mərkəzi Park (FOTO)

Gündəm Materials 7 İyul 2019 18:00 (UTC +04:00)
Bu il Bakıda yeni açılmış Mərkəzi Park paytaxtımızın simasını daha gözəlləşdirib.
Bakının daha bir siması - Mərkəzi Park (FOTO)

Bakı. Trend:

Bu il Bakıda yeni açılmış Mərkəzi Park paytaxtımızın simasını daha gözəlləşdirib. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı da tikilib.

Trend bu möhtəşəm pakın fotogörüntlərini təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti