...

Bakıda itin dişlədiyi 3 yaşlı qız xəstəxanadan evə buraxılıb

Gündəm Materials 2 Sentyabr 2019 14:41 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Nərimanov rayonunda itin dişlədiyi azyaşlı xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsindən məlumat veriblər. Qeyd olunur ki, 2016-cı il təvəllüdlü Bayramova Tamilla Orxan qızı sifətin və bədənin çoxsaylı dişlənmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona xəstəxanada müxtəlif tibbi yardımlar göstərildikdən sonra bu gün səhər saatlarında ambulator müalicəyə yola salınıb. Azyaşlı qıza ev şəraitində müəyyən iynələr vurulacaq.

Qeyd edək ki, ötən gün Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində 3 yaşlı uşağın üz nahiyəsindən it dişləyib. Bayramova Tamilla Orxan qızı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti