...

Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrutlarında avtobusların sayı artırılır

Gündəm Materials 13 Sentyabr 2019 12:45 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır: "Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən, 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti