...

Yevlaxda xəstəxanada yanğın - Xəstələr təxliyə edildi

Gündəm Materials 11 Dekabr 2019 11:52 (UTC +04:00)
Yevlaxda xəstəxanada yanğın baş verib.
Yevlaxda xəstəxanada yanğın - Xəstələr təxliyə edildi

Bakı. Trend:

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti