Bakı. Trend:
Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:
"Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü "İçərişəhər" stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti dayandırılıb.
Təxminən 5 dəqiqəlik fasilə yaranıb. Metroda heç bir tüstülənmə və yanğın olmayıb".