...

Bu gecə Türkiyədən gətiriləcək 135 nəfər Azərbaycan vətəndaşı karantin zonalarına yerləşdiriləcək

Gündəm Materials 22 May 2020 18:05 (UTC +04:00)
Bu gecə Türkiyədən gətiriləcək 135 nəfər Azərbaycan vətəndaşı karantin zonalarına yerləşdiriləcək

Bakı. Samir Əli - Trend:

Xarici ölkələrlə sərhəddə qalan vətəndaşların gətirilməsi ilə bağlı işlər davam etdirilir. Bu gecə Türkiyədən 135 nəfər gələcək və karantin zonalarına yerləşdiriləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vətəndaşlarımızın xüsusi çarter reysi ilə gətirilməsi mərhələli davam edir: "Rusiya-Azərbaycan səRhədində toplaşanlar hər iki ölkənin nəzarətindədir. Bununla bağlı işlər gedir. Mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Bu karantin yerindən asılıdır. Karantin yerləri olduqca vətəndaşlar gətirilir. "Evə gedirəm" portalından müraciət edənlərlə bağlı gələn həftə xüsusi çarter reysi gözlənilir. Vətəndaşlar bu portala müraciət edərsə, onlar da gətirilə bilər. Dağıstanda toplaşanlar, həmçinin özləri üçün də təhlükə yaradırlar. Ölkəyə gələnlərin 30 faizində koronavirus aşkarlanır. Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır. İlk uçuş Naxçıvana olacaq. Amma xarici ölkələrə də uçuşlar iyunun 15-dən sonra ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti