...

Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)

Gündəm Materials 31 Oktyabr 2020 11:40 (UTC +04:00)
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)

Bakı. Samir Əli - Trend:

Gürcüstanda parlament seçkilərinə səsvermə artıq başlanıb və proses normal qaydada davam edir.

Bunu Trend-ə açıqlamasında Gürcüstanda seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, artıq seçki məntəqələri tam gücü ilə fəaliyyətə başlayıb: "Bütün seçki məntəqələrində səsverməyə start verilib, seçicilər səsverməyə başlayıb. Seçkilərdə Gürcüstanın 48 siyasi partiyası və 2 bloku iştirak edir. Seçkilər həm proporsional, həm də mojaritar sistemlə keçirilir. Azərbaycan parlamentinin nümayəndə heyəti, eyni zamanda GUAM Parlament Assambleyasında təmsil olunan deputatlar müşahidəçi qismində bir neçə seçki məntəqələrində iştirak edir. Azərbaycanın nümayəndə heyəti əsasən qaçqınların məskunlaşdıqları Msixeti rayonunun Çeravani ərazisində yerləşən 2 seçki məntəqəsində olub. Həmin məntəqələrin hər birində təxminən 1200-1300 seçici var. Bu məntəqədə səhər saat 11:00-a olan məlumata görə, seçicilərin artıq 10 faizi səsvermədə iştirak edib".

A.Nağıyev qeyd edib ki, bu vaxta qədər heç bir məntəqədə insident baş verməyib, seçki prosesi tam normal qaydada davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti