...

Ermənilərdən gülünc paylaşım: "Qədim tarixlərinə" aid edilən xəritədə Mingəçevir SES də var (FOTO)

Gündəm Materials 3 Noyabr 2020 16:53 (UTC +04:00)
Ermənilərdən gülünc paylaşım: "Qədim tarixlərinə" aid edilən xəritədə Mingəçevir SES də var (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ermənistan mətbuatı və sosial şəbəkələri növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar.

Trend-in məlumatına görə, son günlər erməni mətbuatı və sosial şəbəkələrində saxta "qədim Ermənistan krallığı" xəritəsinin fotoları yayılmaqdadır. Sözgedən xəritədə Mingəçevir Su Elektrik Stansiyası (SES) da yer alıb. Qonşu dövlət xəritəni qədim olduğunu iddia etsə də, onlar SES-in 1950-ci ildə yarandığını unudublar.

Azərbaycanın ən mühüm enerji obyektlərindən biri olan Mingəçevir SES hələ 1950-ci illərdə Kür çayı üzərində inşa olunub. Həmin yerdə sahəsi 600 kv.km-dən çox olan elektrik stansiyasında enerji istehsalını təmin edən su anbarı yaradılıb. O, təkcə Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac etməyə imkan verir.

Maraqlıdır, 70 illik SES necə qədim abidəyə çevirilib və “qədim erməni xəritəsi”ndə yer alıb?

Bu, ermənilərin iddialarının ən azı "qədim erməni krallığı" xülyası qədər absurd və gülünc olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti