...

İşğal faktoru Azərbaycanın digər ərazilərində də zərərli orqanizmlərin yayılmasına səbəb olub

Gündəm Materials 12 Noyabr 2020 12:46 (UTC +04:00)
İşğal faktoru Azərbaycanın digər ərazilərində də zərərli orqanizmlərin yayılmasına səbəb olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan tərəfindən torpaqlarımızın işğalının Dağlıq Qarabağ və ətraf rayonların fitosanitar vəziyyətinə təsiri araşdırılıb.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova tərəfindən hazırlanan məqalədə qeyd edilir ki, İiğaldan əvvəl işğal altında olan ərazilərimizdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınıb. Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınmışdır. Qeyd olunan zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsinə səbəb olub.

Digər tərəfdən həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olmuşdur.

Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min ha-dan artıq sahəsi qırılaraq məhv edilmişdir. Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınmışdır. 25-26 %-i meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 %-i məhv edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti